Məzmuna keç
  • Azeri Light97.62 $▲1.21%
  • Brent neft89.23 $▼0.10%
  • WTI neft82.40 $▲0.22%
  • Avropa qazı (TTF)82.34 €▲1.52%
  • Təbii qaz (ABŞ)3.368 $▼0.47%
  • Qızıl3 736 $▲0.32%
  • Gümüş45.19 $▲0.23%
  • Pambıq79.64 ¢▼0.57%
  • Buğda590.50 ¢▲0.98%
  • Bitcoin63 655 $▲1.07%
  • Ethereum1 801 $▲1.47%
  • S&P 5007 324▼0.23%
16°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079

Moskvada NƏLƏR YAŞANDI: Kim istədiyini aldı və Qarabağda nələr olacaq? - MARAQLI DETALLARI

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Moskvada 4 saat davam edən görüş başa çatdı. Liderlərin mətbuat qarşısında çıxışı zamanı Paşinyanın açıqlamaları və Əliyevin sərgilədiyi davranış qapalı görüşdə nələrin olduğunu ehtimal etməyə imkan verir.

Nikol Paşinyan: Münaqişə hələ həll olunmayıb; Qarabağın statusu məsələsi qalır; Minsk qrupu çərçivəsində gələcək nizamlanmanı müzakirə etməyə hazırıq; Hərbi əsirlər məsələsi həll edilmədi;

– Münaqişə, status və Minsk qrupu açıqlaması daxili auditoriyaya hesablanıb, çünki o evinə qayıtmalıdır və hansısa nəticə ilə dönmək istəyir;

– Digər həmsədr ölkələrin, xüsusilə Fransanın oyuna yenidən daxil olmaq istəyinin dilə gətirilməsidir;

Ən diqqətçəkən məqam Əliyevin ondan sonra danışan Paşinyanın bu sözlərinə cavab vermək ehtiyacı duymaması idi və bu o deməkdir ki:

1. Ermənistan qapalı görüşdə istədiyi heç nəyə nail ola bilməyib;

2. Əsirlərin qayıtması məsələsinin həll edilməməməsi də görüşün İrəvan üçün ürəkaçan olmadığını göstərir.

Söhbət 10 noyabr razılaşmasından sonra Xocavənddə keçirilən anti-terror əməliyyatı zamanı əsir götürülən silahlı ermənilərdən gedir (rəsmi məlumata görə 62 əsir): Azərbaycan rəsmi şəkildə bu əsirlərin terrorçu olduğunu açıqladı və onlarla bağlı məsələnin həll edilməməsi də görüşdə Bakının istəyini qəbul etdirdiyi fikrini gücləndirir:

– Qarabağ (Xankəndi də daxil olmaqla) Azərbaycan ərazisidir;

– Qarabağda baş verənlər Azərbaycanın daxili məsələsidir, oradakı qanunsuz silahlılar terrorçudur (bundan sonra) və Azərbaycan qanunvericiliyi ilə məsuliyyətə cəlb olunacaq;

– Qarabağdakı silahlı ermənilər çıxarılmasa anti-terror əməliyyatı təkrarlanacaq;

Bunun əksi olsaydı, Bakı 62 erməni əsirlər bağlı rəsmi mövqeyinə rəğmən, onların qaytarılmasında razılaşardı. Kiçik detaldır, lakin qapalı görüşün nəticəsini təxmin etməyə imkan verir.

İlham Əliyev dedi: Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə düşünməliyik; Qarabağla bağlı razılaşmalar səmərəli şəkildə həyata keçirilir, narahatlıq üçün ciddi səbəblər yoxdur;

Bu, Əliyevin qapalı görüşdə istədiyinə nail olduğu deməkdir: Qarabağdakı erməni silahlıların çıxarılması; Qarabağda hər şeyin rəsmi Bakının icazəsi ilə həll edilməsi;

Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir: Bakının Qarabağdakı şərtləri qəbul edilməsəydi, ortaq bəyanatın mətni üçtərəfli əməkdaşlıq olmayacaqdı.

Əliyev Moskvada Putinlə razılaşdı, Paşinyana diktə etdi və mesaj verdi: Münaqişə bitib və Azərbaycan Ermənistanı Qarabağ məsələsində hər hansı maraqlı tərəf hesab etmir:

a) Qarabağdakı erməni silahlıların çıxarılması prosesi başlanır;

b) Xankəndidə separatçı-terrorçu rejimin mövcudluğuna son qoyulur;

Proseslərin bu istiqamətdə inkişafı gözlənilir. Bundan sonra regional əməkdaşlıq prioritet olacaq.

Asif Nərimanlı

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=30831