Müdafiə Nazirliyində Mətbuat xidməti ləğv edilib.
Busaat.az xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Əmrə əsasən, Müdafiə Nazirliyinin kommunikasiya resurslarının mərkəzləşdirilmiş qaydada və Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq tətbiqi məqsədilə xidmətin əvəzinə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb.
İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib. İnformasiyanı Bizim.Media-ya açıqlamasında o, təsdiq edib.
Qeyd edək ki, polkovnik Eyvazov bu təyinata kimi, nazirliyin Mətbuat xidmətinin rəisi idi.