Prezident İlham Əliyev hər zaman müdafiə imkanlarını genişləndirmək üçün müxtəlif ölkələr ilə əməkdaşlıq etmiş , sazişlər imzalamışdır .Bu sazişlərin bəziləri aşağıdakılardır ;
Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında sazişi imzalanmışdır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan gürcü həmkarı Cuanşer Burçuladze ilə görüşündə ikitərəfli əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb. Bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin daha da güclənərək inkişaf etdiyini qeyd edib. Zakir Həsənov həmkarına Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Ermənistanın törətdiyi təxribatlar barədə məlumat verib. Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Pakistanla müdafiə sənayesi sahəsində əməkdaşlıq etmişdir .
“Heç şübhəm yoxdur ki, müdafiə sənayesi sahəsində əməkdaşlığımız inkişaf edəcək”-bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Prezident İlham Əliyevlə mətbuata bəyanatında deyib.”Burada heç bir sirr yoxdur. Biz heç nəyi gizlətmirik. Nəticə etibarilə bu, regionda sülhün təmin edilməsinə xidmət edir. Bu, təcavüz üçün istifadə edilmir. Biz öz hüquqlarımızı qoruyuruq və regionu sülhə təşviq edirik ki, xalqlarımızın mənafeyini qoruya bilək”, – deyə Baş nazir əlavə edib.
Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən, Milli Müdafiə Universitetində hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib.Ali təhsil ocağının rektoru general-leytenant Heydər Piriyev qarşılıqlı müzakirə və təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini, ölkələrimiz arasındakı sıx əməkdaşlığın regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət etdiyini deyib.Türkiyə Quru Qoşunları Məktəbinin rəisi general-mayor Gültekin Yaralı və Gürcüstan Milli Müdafiə Akademiyasının rektoru, briqada generalı Mamia Balaxadze də bu cür görüşlərin keçirilməsinin hərbi təhsil müəssisələri arasında təcrübə mübadiləsinin, birgə proqramların, layihələrin reallaşdırılmasına layiqli töhfələr verəcəyini vurğulayıblar.
*Azərbaycan və Somali arasındakı əməkdaşlıq
“Müdafiə əməkdaşlığımızın mühüm sahələrindən biridir. Bu gün sənəd imzalandı və sabah cənab Prezident Azərbaycanın müdafiə imkanlarının, o cümlədən müdafiə sənayesinin bəzi elementləri ilə tanış olacaq”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Hasan Şeyx Mahmud ilə mətbuata bəyanatında səsləndirib.
“Hazırda nümayəndə heyətlərinin görüşü zamanı biz bu imkanları birmənalı şəkildə müzakirə edəcəyik. Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm bizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Burada təlimlər də var, çünki İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi”, – Prezident vurğulayıb.
Bu gün əməkdaşlıq münasibətlərinin daha da inkişaf etməsi Ali Baş Komandan İlham Əliyevin sayəsindədir .
Bakı Qızlar Universitetinin tələbəsi
Xudaşlı Ləman
Nəsimi rayon gənci