Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.54 $▼0.81%
  • WTI neft90.39 $▼1.01%
  • Avropa qazı (TTF)87.01 €▲1.66%
  • Təbii qaz (ABŞ)3.028 $▲0.17%
  • Qızıl4 107 $▼0.64%
  • Gümüş52.58 $▼1.01%
  • Pambıq79.47 ¢▲1.43%
  • Buğda588.50 ¢▼0.51%
  • Bitcoin74 043 $▼0.91%
  • Ethereum2 098 $▼1.26%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Kriminal

Müəllimini güllələyən şagird onu öldürməklə bağlı "öhdəlik" götürüb - DETALLAR

image-sagird
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakıda yerləşən İdrak liseyinin riyaziyyat müəllimi Şəhla Kamilovaya silahlı hücum edən şagird hadisədən bir müddət əvvəl sosial şəbəkələrdə şiddət və silahla bağlı məzmunlar paylaşan onlayn oyun və qruplarda fəal olub.

Busaat.az xəbər verir ki, bu barədə Anews.az-a etibarlı mənbə məlumat verib. Belə ki, bundan əvvəl məktəb administrasiyası onun müxtəlif oyunlar oynaması ilə bağlı dəfələrlə şagirdin ailəsini xəbərdar edib.

Buna baxmayaraq, şagirdin dərslərə davamiyyəti və akademik göstəriciləri yüksək olduğundan, hadisənin bu cür ağır nəticə ilə bitəcəyinə nə məktəb kollektivi, nə də ətrafındakı şəxslər inanmayıb.

Məlumata görə, şagird silahla bağlı paylaşımları digər uşaqlarla birgə olduğu qruplarda da edib, lakin bu mesajlar onun yaşıdları tərəfindən ciddi təhlükə kimi qəbul olunmayıb.

Əldə etdiyimiz məlumata görə, hadisədən bir gün əvvəl şagirdin “Telegram” platformasında naməlum bir qrupa qoşulduğu müəyyən edilib.

Həmin qrup cinayət xarakterli fəaliyyətlə məşğul olub və şagirdə konkret “öhdəlik” verilib. Ona qurban seçmək imkanı təqdim olunub və şagird müəllimi hədəf seçərək onu öldürmək niyyəti güdüb.

Hadisə ilə bağlı istintaq davam edir, hüquq-mühafizə orqanları məsələni araşdırır.

Bir gün əvvəl Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 29 yaşlı Şəhla Kamilova məktəbin onuncu sinif şagirdi tərəfindən güllələnib. Onun boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Müəllimə əməliyyat olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180055