Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 505 $▼0.30%
  • Ethereum2 222 $▼0.59%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Dünya

“Müharibə Rusiya sayəsində dayandırıldı” – Ermənistan XİN

image-ara-ayvazyan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

2020-ci ilin payızında Dağlıq Qarabağdakı müharibə İrəvanın strateji müttəfiqi olan Rusiyanın səyləri sayəsində dayandırılıb”.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ara Ayvazyan açıqlama verib.

“Qarabağdakı müharibə Rusiyanın səyi sayəsində dayandırıldı. Bəlkə kiminsə xoşuna gəlmir, amma bu, bir həqiqətdir. Əks təqdirdə, tamamilə fərqli bir vəziyyətə düşmüş olardıq”,- deyə Ayvazyan parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının iclasında bildirib.

O, həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişə dövrü ərzində uğursuz fəaliyyətinə də toxunub: “Müharibə ATƏT-in Minsk qrupu həmsədrlərinin uğursuzluğunu göstərdi. 27 sentyabr 2020-ci ildə Qarabağda müharibənin başlanğıcı onların mandatları çərçivəsində uğursuz olduqlarını sübut etdi”.

Eyni zamanda Ayvazyan Ermənistanın ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycanla danışıqları bərpa etməkdə maraqlı olduğunu qeyd edib: “Mövcud vəziyyəti sabitləşdirməklə yanaşı həm də prosesi idarə edəcək güclü həmsədrliyə ehtiyacımız var”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll yollarını axtarmaq üçün yaradılıb. Rusiya, ABŞ və Fransa tərəfindən həmsədrlik olunan qrupa Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə daxildir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=41868