Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.09 $▼2.29%
  • WTI neft86.14 $▼2.49%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.121 $▼1.17%
  • Qızıl3 859 $▼0.29%
  • Gümüş47.03 $▼0.61%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda600.25 ¢▲2.30%
  • Bitcoin64 803 $▼0.78%
  • Ethereum1 816 $▼1.00%
  • S&P 5007 443▼1.56%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Dünya

Müharibəyə “yox” deyən oliqarxlar arasında Putinin dostu da var

image-oliqarx
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sosial şəbəkələrdə rusiyalı milyarderlərin Ukraynada davam edən müharibə ilə bağlı fikirləri geniş müzakirələrə səbəb olub. Busaat.az  xəbər verir ki, rusiyalı oliqarxlar Mixail Fridman və Oleq Deripaska müharibəni dayandırmağa çağırıb.

Müharibəyə qarşı ilk olaraq Rusiyanın ən böyük bankının sahibi Mixail Fridman çıxış edib. “Forbes”in siyahısında 128-ci yerdə qərarlaşan Fridman “LetterOne” investisiya şirkətinin əməkdaşlarına göndərdiyi məktubda bildirib: “Mən əminəm ki, müharibə heç vaxt həll yolu ola bilməz. Bu böhran canlar bahasına başa gələcək və yüz illərlə qardaş olan iki xalqa ziyan vuracaq. Mən Ukrayna və Rusiya xalqlarına dərindən bağlıyam və bu münaqişəni hər iki ölkə üçün faciə kimi qiymətləndirirəm… Mən ancaq qan tökülməsini dayandırmağı arzu edənlərə qoşula bilərəm”.

Fridman məktubu fevralın 25-i, Rusiyanın Ukraynada əməliyyata başlamasından sonra göndərib.

Milyarder daha sonra yaranmış vəziyyəti şərh etməyə məcbur olub: “Bu mənim “LetterOne” şirkətinin əməkdaşlarına göndərdiyim şəxsi məktub idi. Təəssüflər olsun ki, məktub ictimailəşdi. Bunu nəzərdə tutmamışdım”.

Bu arada Rusiyanın “Bazavoy element” holdinqinin sahibi, eyni zamanda da Rusiya prezidenti Vladimir Putinin yaxın adamı kimi tanınan Oleq Deripaska teleqram kanalında mövqeyini daha açıq şəkildə bildirib.

“Sülh olduqca önəmlidir! Danışıqları tezliklə başlamaq lazımdır”, – deyə dünyanın ən zəngin 775-ci adamı qeyd edib.

Qeyd edək ki, “Forbes”in məlumatına görə, Mixail Fridamanın sərvəti 11,7 milyard ABŞ dolları, Oleq Deripaskanın sərvəti isə 3,8 milyard ABŞ dollarıdır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=72515