Naqif Həmzəyev:“Amnesty International”ın Azərbaycana qarşı qərəzli mövqeyi yenilik deyil

Naqif Həmzəyev:“Amnesty International”ın Azərbaycana qarşı qərəzli mövqeyi yenilik deyilbackend

Dünyanın koronavirus pandemiyası ilə üz-üzə dayandığı bu çətin zamanda, bir sıra inkişaf etmiş ölkələrin Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, digər beynəlxalq qurumlara yardım üçün müraciət etdiyi halda, Azərbaycan özünün gücü hesabına gözəgörünməz “düşmən”in öhdəsindən gəlməyə qadir olduğunu nümayiş etdirdi.

Özünün iqtisadi və sosial gücünü bir daha göstərən müstəqil respublikamızda Prezident İlham Əliyevin uzaqgörənliklə, vaxtında verdiyi qərarları nəticəsində vətəndaşlarının təhlükəsizliyi, sosial rifahının qorunması üçün bütün lazımi tədbirlər görüldü. Məhz bunun üçün Azərbaycan koronavirusla mübarizədə uğurlu ölkə kimi, nümunə göstərilir. Bunu visiontv.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. Deputat bildirib ki, bütün dünyanın, eyni zamanda Azərbaycanın ümumu bəlamız koronavirus pandemiyası ilə mübarizə apardığı bir vaxtda bəzi xarici dairələrin əlində sadəcə alət rolunu oynayan “Amnesty İnternational” təşkilatı “fəallaşıb”. Qərəzli fikirləri ilə müəyyən siyasi maraqlara xidmət edən, ara qatmaq, ürək bulandırmaqla məşğul olan təşkilat bu dəfə SSRİ və Orta Asiyanın bir çox ölkələrində rəsmilər tərəfindən koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlərin “repressiv və şiddətli” adlandırıldığı hesabatını açıqlayıb. Əvvəllər də Azərbaycana qarşı qərəzli mövqe tutan, ölkəmizin dünyadakı artan nüfuzuna və imicinə qısqanc yanaşan, uğurlarımızı, nailiyyətlərimizi gözü götürməyən dairələrin mövqeyindən çıxış edən təşkilatın qarayaxma siyahısında Azərbaycanın da adı hallanıb. “Azərbaycan və Rusiya hökumətləri, sosial şəbəkə istifadəçiləri, jurnalistlər və tibb işçilərini vəzifələrində və COVID-19-un yayılması zamanı nöqsanları göstərdiklərinə görə məsuliyyətə cəlb ediblər. Özbəkistan kimi digər ölkələr də saxta xəbərlərin yayılmasına görə cərimələr tətbiq ediblər” – deyə Amnesty İnternational-ın Mərkəzi Asiya üzrə tədqiqatçısı Hizer Makgil qeyd edib. Hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən, mötəbər, beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində absurd fikirləri ilə gündəmə gələn təşkilatın ölkəmiz haqqında səsləndirdiyi fikirlər gülünc səslənir. Ümumdünya Səhiyyə Təşkilatı kimi ciddi qurumun dünya ölkələrinin koronavirusla mübarizəsi ilə bağlı hesabatında Azərbaycan dövlətinin koronavirusla mübarizədə həm təhlükəsizlik məsələlərində, həm də vətəndaşların qorunmasında çox uğurlu nəticələr əldə etdiyinin qeyd edildiyi halda saxta və qərəzli mövqeyi ilə ictimai fikri çaşdırmağa çalışan təşkilatın hesabatları sözsüz ki, ciddi qəbul olunmur. Hadisələrin gedişi də göstərir ki, ölkəmizin hər uğuru “Amnesty İnternational” və digər ermənipərəst təşkilatları çox ciddi narahat edir. Radikal müxalifətin və erməni lobbisinin sifarişləri əsasında hazırlanmış belə qərəzli hesabatlarla məqsədyönlü şəkildə Azərbaycan dövlətinin koronavirusla mübarizədə gördüyü işlərə, əldə etdiyi uğurlara kölgə salmağa çalışırlar. Bu dəfə keçmiş SSRİ və Orta Asiyanın bir çox ölkələrinə, eyni zamanda ölkəmizə qarşı açıq-aşkar qərəzli yanaşma, ləkəyaxma kampaniyası “Amnesty İnternational”ın özünü gülünc vəziyyətə salıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90