“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

image-66d1bb62b311366d1bb62b3114172502102666d1bb62b311166d1bb62b3112backend

Ən sərfəli mobil operator olması ilə yanaşı, sosial layihələrə də xüsusi diqqəti ilə seçilən “Nar” artıq dörd mövsümdür ki, böyük maraqla davam edən və 300-ə yaxın komandanın iştirak etdiyi Kudos intellektual-əyləncəli quiz oyunlarına dəstəyini davam etdirir. Son iki mövsümdə “Nar” bu oyunlarda qalib gələn komandaları dəyərli hədiyyələrlə mükafatlandıraraq, intellektual fəaliyyətin təşviqinə öz töhfəsini verir.

Qeyd edək ki, “Nar” ölkədə intellektual potensialın artırılması üçün müxtəlif layihələrə dəstək olmağı prioritet hesab edir. Kudos oyunlarına verdiyi dəstək də bu strategiyanın bir hissəsi olaraq, gənclərin bilik və bacarıqlarını genişləndirmələrinə şərait yaradır və onların intellektual inkişafını stimullaşdırır. “Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı nar.az/layihələr səhifəsindən əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

image-66d1bb62e81d466d1bb62e81d5172502102666d1bb62e81d066d1bb62e81d3 image-66d1bb653e35566d1bb653e356172502102666d1bb653e35266d1bb653e353 image-66d1bb663e09966d1bb663e09a172502102666d1bb663e09566d1bb663e097 image-66d1bb635685f66d1bb6356860172502102666d1bb635685c66d1bb635685e image-66d1bb644763466d1bb6447635172502102666d1bb644763166d1bb6447633
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki