
NATO Qəzza müharibəsi səbəbindən TNT çatışmazlığı ilə üzləşir
NATO ölkələri partlayıcı maddələr çatışmazlığı ilə üzləşib və bu, Avropa Birliyinin Ukraynaya sursat tədarük etməsinə mane olur.
Busaat.az xəbər verir kki bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti insan haqları təşkilatlarının hesabatına istinadən məlumat yayıb.
Sənəddə qeyd olunduğu kimi, Aİ-nin “Nitro-Chem” şirkətinə məxsus sonuncu trotil istehsalı zavodu Polşanın şimalında yerləşir. Orada istehsal olunan trotilin təxminən 90%-i döyüş sursatlarının, o cümlədən MK-84 və BLU-109 bombalarının istehsalı üçün ABŞ-a ixrac edilir.
Hesabatda belə nəticəyə gəlinir ki, ABŞ-ın İsrailə ağır silah tədarükü ilk növbədə TNT çatışmazlığına səbəb olub.
Tədqiqatın müəllifləri həmçinin Böyük Britaniya və digər Avropa ölkələrinin artıq sifarişlərlə dolu olan vahid şirkətdən güclü asılılığını qeyd edirlər.
Yeganə






















