Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

image-mudafienbackend

Sentyabrın 9-u saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Busaat.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki