Yanvarın 10-u Naxçıvan şəhərində bıçaqlanma hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 1962-ci il təvəllüdlü atası və 1976-cı il təvəllüdlü anasına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirən 1995-ci il təvəllüdlü Yəhya Mirzəmmədov Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Faktla bağlı istintaq hərəkətləri aparılır.