Naxçıvanda “Azərbaycan-Türkiyə Rəqəmsal Yaradıcılıq Forumu” keçirilib

image-1backend
27 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi, Azərbaycan Gənclər Fondunun Naxçıvan filialı, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyi və Qida Təhlükəsizliyi Hərəkətının tərəfdaşlığı ilə “Azərbaycan-Türkiyə Rəqəmsal Yaradıcılıq Forumu” keçirilib. Forumun əsas məqsədi Azərbaycan və Türkiyə arasında rəqəmsal yaradıcı sənayelərdə peşəkar inkişafı və əməkdaşlığı gücləndirmək, innovativ yanaşmaları və mədəni əlaqələri təşviq etməkdən ibarətdir. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması və hər iki dövlətin himnlərinin səsləndirilməsi ilə açıq elan edilib. Forumun rəsmi açılışında çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov bildirib ki, rəqəmsal yaradıcı sənayelərin inkişafı müasir gənclər üçün yeni imkanlar yaradır və bu sahədə Azərbaycan-Türkiyə əməkdaşlığının gücləndirilməsi böyük əhəmiyyət daşıyır. O, forumun gənc yaradıcıların, startapçıların və rəqəmsal sənaye mütəxəssislərinin bir araya gələrək təcrübə mübadiləsi aparması, yeni ideyalar və layihələr üzərində əməkdaşlıq etməsi üçün mühüm platforma olduğunu vurğulayıb.
Çıxış edən “Gənclərin Töhfəsi” İctimai Birliyinin rəhbəri Asim Vəliyev bildirib ki, forum Azərbaycan və Türkiyə gəncləri arasında rəqəmsal yaradıcı sənayelərdə əməkdaşlığın möhkəmləndirilməsi, innovativ ideyaların dəstəklənməsi və birgə layihələrin reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. O, gənclərin rəqəmsal sahədə bilik və bacarıqlarının artırılmasının vacibliyini vurğulayaraq, belə tədbirlərin iki qardaş ölkənin gəncləri arasında təcrübə mübadiləsini təşviq etdiyini və yeni imkanlar yaratdığını qeyd edib.
Çıxış edən “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin sədri, layihə rəhbəriMəhsəti Hüseynova bildirib ki, rəqəmsal texnologiyaların qida təhlükəsizliyi sahəsində tətbiqi bu sahədə şəffaflığın artırılması, izlənilə bilənlik sistemlərinin inkişafı və innovativ həllərin yaradılması baxımından böyük əhəmiyyət daşıyır. O, Azərbaycan və Türkiyə arasında qida təhlükəsizliyi sahəsində bilik və təcrübə mübadiləsinin vacibliyini qeyd edərək, rəqəmsal platformalar vasitəsilə istehsaldan istehlaka qədər olan proseslərin daha effektiv idarə olunmasının mümkünlüyünü vurğulayıb. Məhsəti Hüseynova, həmçinin, belə forumların iki ölkənin mütəxəssisləri və gəncləri üçün yeni əməkdaşlıq imkanları yaratdığını bildirib.
Çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Pərvin Həsənovbildirib ki, rəqəmsal yaradıcı sənayelərin inkişafı mədəni irsin qorunması və dünyaya tanıdılması baxımından mühüm rol oynayır. O, Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin dərin köklərə malik olduğunu vurğulayaraq, rəqəmsal texnologiyaların bu sahədə yeni imkanlar açdığını qeyd edib. Pərvin Həsənov, həmçinin, Naxçıvanın zəngin mədəni irsinin rəqəmsallaşdırılması və beynəlxalq platformalarda tanıdılması istiqamətində görülən işlərdən danışaraq, belə forumların yaradıcı gənclərin və mütəxəssislərin bir araya gələrək birgə layihələr həyata keçirməsinə töhfə verdiyini bildirib.
Çıxış edən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin millət vəkili Gülşad Rüstəmova bildirib ki, Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq bütün sahələrdə, o cümlədən mədəni və yaradıcı sənayelərdə özünü göstərir. O, rəqəmsal texnologiyaların sürətli inkişafının yeni imkanlar yaratdığını və bu sahədə gənclərin fəal iştirakının vacibliyini vurğulayıb. Gülşad Rüstəmova qeyd edib ki, belə forumlar iki qardaş ölkənin gəncləri arasında bilik və təcrübə mübadiləsini gücləndirir, innovativ layihələrin reallaşdırılmasına təkan verir. O, Azərbaycan və Türkiyə arasında rəqəmsal yaradıcı sənayelərin inkişafına yönəlmiş gələcək əməkdaşlıq təşəbbüslərini dəstəklədiyini bildirərək, gəncləri bu imkanlardan maksimum yararlanmağa çağırıb.
Çıxış edən Türkiyə Cumhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Sayın Asip Kaya bildirib ki, Azərbaycan və Türkiyə qardaşlığı bütün sahələrdə olduğu kimi, mədəni və yaradıcı sənayelərdə də özünü göstərir və bu əməkdaşlıq daim genişlənməkdədir. O, rəqəmsal yaradıcı sahələrin müasir dövrün ən dinamik inkişaf edən sektorlarından biri olduğunu vurğulayaraq, bu istiqamətdə birgə təşəbbüslərin vacibliyini qeyd edib. Sayın Asip Kaya, Azərbaycan və Türkiyə gənclərinin innovativ layihələrdə fəal iştirak etməsinin, bilik və təcrübə mübadiləsinin hər iki ölkənin mədəni irsinin qorunmasına və qlobal səviyyədə tanıdılmasına töhfə verəcəyini bildirib. O, forumun təşkilinə görə minnətdarlığını ifadə edərək, belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Çıxış edən Türkiyə Cumhuriyyətinin İğdır AK Parti Aralık Bələdiyyə sədri Mustafa Güzelkaya bildirib ki,Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələri təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, eyni zamanda mədəni və yaradıcı sənayelərdə də özünü göstərir. O, rəqəmsal dövrdə mədəni irsin qorunması və yeni nəsillərə ötürülməsi üçün texnologiyaların əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib. Mustafa Güzelkaya forumun iki ölkənin gəncləri üçün yeni əməkdaşlıq imkanları yaratdığını və Azərbaycan-Türkiyə dostluğunun daha da güclənməsinə töhfə verdiyini bildirib. O, gələcəkdə bu cür tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayaraq, bütün iştirakçılara uğurlar arzulayıb.
Çıxış edən “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev bildirib ki, rəqəmsal yaradıcı sənayelər müasir dövrün əsas inkişaf istiqamətlərindən biridir və bu sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı gənclərin innovativ potensialının reallaşdırılmasına geniş imkanlar açır. O, forumun iki qardaş ölkənin yaradıcı gənclərinin bilik və təcrübə mübadiləsi aparması, yeni ideyalar əsasında birgə layihələrin hazırlanması üçün mühüm platforma olduğunu vurğulayıb. Ramil Əliyev, həmçinin rəqəmsal texnologiyaların qida təhlükəsizliyi, mədəni irsin qorunması və sosial innovasiyalar sahəsində tətbiqinin əhəmiyyətindən bəhs edərək, bu istiqamətdə birgə əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib.
Daha sonra forum “Rəqəmsal Dünyada Yaradıcılıq” panel hissəsi ilə davam edib. Panelə layihə rəhbəri Məhsəti Hüseynova moderatorluq edib. Paneldə Naxçıvan Dövlət Universitetinin əməkdaşı Hüseyn Əsgərli, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Anar Təhməzli, Türkiyə Cumhuriyyəti İğdır Aralık Bələdiyyəsinin rəqəmsal mühəndislik üzrə əməkdaşı Ferhat Güzelkaya, Naxçıvan gənclərindən ibarət robot hazırlayan komandanın üzvləri olan layihə rəhbəri Şamil Əhmədov, layihə icraçısı Mirdamət Seyidov, 3D qrafik mühəndisi Məhəmmədəli Hacıyev, yazılım mühəndisi Abbas Zeynalov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi Baş İdarəsinin əməkdaşı Emin Elyazov çıxış edib. Panel müzakirələri zamanı rəqəmsal texnologiyaların yaradıcı sənayelərdə rolu, innovativ həllərin tətbiqi və gənclərin bu sahədə iştirak imkanları geniş şəkildə müzakirə edilib. Spikerlər rəqəmsal mühəndislik, proqram təminatı, 3D qrafika və robototexnika sahəsində təcrübələrini bölüşərək, bu istiqamətdə Azərbaycan və Türkiyə arasında əməkdaşlıq perspektivlərini vurğulayıblar.
Robot hazırlayan gənc komanda üzvləri layihələrinin ideyası, texniki həlli və tətbiq sahələri barədə təqdimat edərək, rəqəmsal texnologiyaların gələcək inkişafı ilə bağlı fikirlərini bölüşüblər. Panel iştirakçıları həmçinin gömrük və logistika sahəsində rəqəmsallaşmanın əhəmiyyətini, eləcə də mədəniyyət və innovasiyanın vəhdətinin yeni imkanlar yaratdığını qeyd ediblər.
Sonda panel iştirakçıları rəqəmsal yaradıcı sahələrdə yeni təşəbbüslərin dəstəklənməsi və gənclərin bu proseslərə daha aktiv cəlb olunmasının vacibliyini vurğulayıblar.
Forum Naxçıvan Dövlət Filarmoniyasının ansamblının iştirakı ilə keçirilən konsert proqramı ilə yekunlaşıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub. 

1740722383 83de923d 5b82 4066 9901 39e16fa156f1
1740722363 7cf0c200 c285 4d6a 9a0d 695d9ff1b31f
1740722357 f6adec53 451a 4c80 b79b 185260a7179e
1740725856 91d968bd 5b1a 42c0 ab9b 25701cc40ad7
1740725922 fc8040fa 4875 41fd bf93 ef88fb74dbc5
1740725882 12e6e801 c9e4 464f 824c 72cacc3eafbd
1740725956 52e55bfc 934b 44d5 9cd3 90d7fd4c3250
1740725935 9e5d5c9d 3398 43a6 8a8e ba8eec9cd984
1740725909 790bc6d7 42b5 424b 98f4 216caaa49f5c
1740725953 b78c9ffd a716 4ab4 b57a 51d201f290bd
1740725927 78affd2a 3114 489d b928 6785e7f782e7
1740725917 f6adec53 451a 4c80 b79b 185260a7179e
1740725916 4f6396a3 6859 4f3f 8ab0 088c535df027
1740725982 240ef773 eb3a 49a9 9f7e f0540409065a
1740726165 66c6850d 0034 4097 8d4f ad21dfb8c632


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki