Naxçıvanda çoban MİNAYA DÜŞDÜ – YENİLƏNİB

image-32backend

Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş “Qanlıgöl” yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.

Bu barədə Busaat.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyəti ağır olaraq qalır.

“Şahbuz rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib”- deyə məlumatda bildirilir.

Faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.

***

11 avqust, 23:12

Şərur rayonundan olan çoban Şahbuzda minaya düşüb.

Busaat.az report-a istinadən xəbər verir ki, Şahbuzun “Qanlıgöl” yaylağında Şərur rayonunun Mahmudkənd kəndinin sakini Bəxtiyar Sultanov minaya düşüb.

B.Sultanov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki