Naxçıvanda iki avtomobil toqquşdu: 3 yaralı

image-1748270540_img-20250526-wa0152backend

Naxçıvan-Şahbuz magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Busaat.az APA.az-a istinadən xəbər verir ki, hadisə yolun Babək rayonu Uzunoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 75-BD-090 dövlət nömrə nişanlı, “VAZ 2103” markalı avtomobillə 67-BH-202 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil toqquşub. Qəzada 3 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki