Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur şəhərində fəaliyyət göstərən ticarət mərkəzində yanğın olması barədə məlumat daxil olub.
Busaat.az xəbər verir ki, məlumatla əlaqədar əraziyə FHN-in Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri, 5 yanğınsöndürən avtomobil cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Hadisə ümumi sahəsi 4 800 m² olan ticarət mərkəzində baş verib. Nəticədə bazarın 900 m² hissəsində olan 1 ofis, 2 mağaza və 60 ədəd rəf yanıb, ticarət mərkəzinin qalan əraziləri mühafizə olunub.