Naxçıvanda vergi daxilolmaları 23 %-ə yaxın artıb

image-images-4backend

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 77,3 milyon manat vergi daxil olub.

Busaat.az xəbər verir. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 22,8 % çoxdur.

Hesabat dövründə ödənilən vergilərin 67,7 %-i qeyri-dövlət sektorunun, 32,3 %-i isə dövlət sektorunun payına düşüb.

Qeyri-dövlət sektorundan daxilolmalar 52,3 milyon manat təşkil edib. 2024-cü ilin 4 ayına nisbətən bu sektordan vergi daxilolmaları 11,8 milyon manat və ya 29,1 % çox olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki