Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.23 $▲0.35%
  • WTI neft101.76 $▲0.41%
  • Avropa qazı (TTF)99.08 €▲4.82%
  • Təbii qaz (ABŞ)3.065 $▲0.03%
  • Qızıl4 070 $▲0.35%
  • Gümüş54.13 $▲0.03%
  • Pambıq77.97 ¢▼0.09%
  • Buğda612.50 ¢▲0.16%
  • Bitcoin80 838 $▲0.05%
  • Ethereum2 345 $▼0.09%
  • S&P 5007 723▲0.60%
16°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Gündəm

Nazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

20 Yanvar Ümumxalq hüzn günü daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

DİN Mətbuat Xidmətindən Busaat.az-a verilən məlumata görə, əmrə əsasən, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar keçirilən tədbirlər zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə daxili işlər orqanları və Daxili Qoşunların şəxsi heyəti gücləndirilmiş iş rejimidə xidmət aparacaq.

 

Şəhidlər xiyabanına ziyarətə gələn vətəndaşlarımızın sərbəst və maneəsiz hərəkət etmələri, respublika ərazisində 20 Yanvar faciəsi ilə əlaqədar keçiriləcək tədbirlər və mərasimlər zamanı, eləcə də Bakı Metropoliteninin stansiyalarında təhlükəsizliyin təmin olunması üçün polis əməkdaşları qüvvələrini səfərbər edəcəklər.

 

Həmin gün tıxacların yaranması ehtimal olunan ərazilər əvvəlcədən müəyyən edilərək nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görüləcək.

 

Saat 12.00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

 

Avtonəqliyyat vasitələrinin sürücüləri tərəfindən səs siqnallarının verilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=2270