Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 420 $▼1.18%
  • Ethereum1 915 $▼0.66%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Nazir: Məqsədimiz məktəbəqədər təhsil yaşını 3-4 yaşa endirməkdir

image-2022-04-22-10-35-41yoh0bik33nfii8ddwtzy_file
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Elm və Təhsil Naziriliyinin gördüyü ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır.

Busaat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutunun tərəfdaşlığı ilə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib.

O bildirib ki, hər 10 uşaqdan 8-9 uşaq ən azından 1 illik məktəbəqədər təhsil alır.

O əlavə edib ki, təhsildə olan dəyişikliklərin uzun müddətli olmasının səbəbi vaxtilə edilən və ya edilməyən işlərin nəticəsini 10-15 il sonra görməyimzidir:

“Biz ilkin nəticələri 10-15 ilə, real nəticələri, iqtisadiyyata verilən nəticələri isə 25 və ya daha çox ilə görürük. Düşünürəm ki, bunlar uzunmüddətli vaxta görülən işlərdir. Biz Elm və Təhsil Nazirliyi olaraq inanırıq ki, məktəbəqədər təhsil üçün olan nəticələri ola bilsin ki, cəmiyyət 5 il sonra görməsin, amma 20 il sonra mütləq görəcək”.

Nazir bildirib ki, qarşıda olan digər çağırış isə məktəbəqədər təhsildə 3-4 yaşı əhatə etməkdir.

O bildirib ki, məktəbəqədər təhsil üçün indi 5-6 yaşı əhatə ediriksə, məqsəd bunu daha aşağı yaşa, 3-4 yaşa endirməkdir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=154677