Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.84 $▲1.20%
  • WTI neft85.69 $▲0.80%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.180 $▲3.01%
  • Qızıl3 853 $▼0.64%
  • Gümüş47.23 $▼0.54%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 675 $▼1.76%
  • Ethereum1 789 $▼1.61%
  • S&P 5007 311▼1.47%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Gündəm

Nazirlik əhaliyə MÜRACİƏT ETDİ

image-mesee
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fövqəladə Hallar Nazirliyi bəzi yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Busaat.az xəbər verir ki, müraciətdə deyilir ki, FHN tərəfindən həyata keçirilən kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən müraciətlərə, əkinçilik fəaliyyəti ilə məşğul olan fermer və təsərrüfat sahibləri ilə mütəmadi olaraq keçirilən maarifləndirici xarakterli görüşlərə baxmayaraq, yenə də bir sıra yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibət müşahidə olunmaqdadır. İcrası sadə olan həmin təhlükəsizlik qaydalarına belə münasibət isə sonda acı nəticələrə gətirib çıxarır.

Son zamanlar meşə və meşəətrafı ərazilərdə baş verən yanğınlarla əlaqədar aparılan təhlillər bu yanğınların bir sıra hallarda meşə massivi ilə əkin sahələri arasında şumlama yolu ilə təhlükəsizlik zolaqlarının yaradılmaması ilə bağlı olduğunu deməyə əsas verir. Belə ki, qanunvericiliyə uyğun olaraq əkin sahələri ilə meşə zolağı arasında eni 4 metrdən az olmamaqla şumlama aparılmalıdır ki, bu da əkin sahəsində hər hansı səbəbdən baş verən yanğının genişlənərək meşəyə keçməsinin qarşısını alır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əkinçilik fəaliyyəti ilə məşğul olan şəxslərə, o cümlədən fermer və təsərrüfat sahiblərinə müraciət edərək əkin sahələrinin ətrafında eni 4 metrdən az olmamaqla mineral zolağın yaradılmasının qanunvericiliklə tələb olunduğunu və bu tələbin icra olunmamasının hüquqi məsuliyyət yaratdığnı xatırladır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=116098