Nazirliklə keçmiş işçisi arasında qalmaqal davam edir – İş Ali Məhkəmədədir

image-907abf16587005f64e2d54fd5cd1b7e71683629551_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg-jpgbackend

Bakı Apellyasiya Məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş işçisi Afət Şeyx-Zadənin şikayətini təmin etməyib.

Busaat.az xəbər verir ki, o, Ali Məhkəməyə kassasiya şikayəti verib. Rahib Nəbizadə iş üzrə hakim təyin edilib.

Afət Şeyx-Zadə ilə nazirlik arasında mübahisə o, işdən çıxardıldıqdan sonra yaranıb. Şeyx-Zadə işdən çıxarılmasını əsassız hesab edərək məhkəməyə müraciət edib.

Nazirliklə keçmiş işçisinin arasında başqa qalmaqal da yaşanır. Bu Afət-Şeyxzadənin əlillik dərəcəsi ilə bağlıdır.

ƏƏSMN-nin keçmiş işçisi ikinci qrup əlil olub. Lakin nazirlik onun ikinci qrup əlillik dərəcəsini üçüncü qrupla əvəz edib.

Afət Şeyx-Zadə bu məsələni də məhkəmədə mübahisələndirib və qalib gəlib.Qaynarinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki