“Nəcməddin Sadıkov tezlikllə Arayiklə birlikdə hakim qarşısında dayanacaq

image-cc5ba73b-335d-4094-963c-7fcebdfccfe5backend

“20 ildir ki, mətbuatda sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovla bağlı yazılar yazılır. Onun adı nəinki “Tərtər işi”, yaxud Sumqayıtdakı 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə, ümumilikdə çox böyük maxinasiyalarda, kadr işlərində və korrupsiyada hallanır”.

Busaat.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi jurnalist Rey Kərimoğlu deyib.

O, Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov haqqında başladılan araşdırmadan söz açıb.

“Bizim düşüncəmizə görə, o, çoxdan həbs edilməli idi. Lakin neçə ildir ki, onu qoruyanlar var. Şükürlər olsun ki, indi onun adı çəkilir, adı hallanır. Onsuz da ordudakı satınalma ilə bağlı 143 milyonluq yeyintidə də onun adı hallanmışdı. Mən onun haqqında yayılan xəbəri gördüm. İnşallah, o cəzasını alar”, – əlavə edib.

Jurnalistə görə, məhkəmə qərarı olmadan N.Sadıkova cinayətkar deyə bilmərik:

“Lakin daxil olan məlumatlar və şikayətlər əsasında deyə bilərik ki, onun çox böyük korrupsiya və cinayət hadisələrində adı hallanır. Xüsusilə də Zakir Həsənov müdafiə naziri olandan sonra Nəcməddin Sadıkov geniş səlahiyyətlər əldə etdi. Amma Nəcməddin Sadıkovun keçmiş müdafiə naziri Səfər Əbiyevin dövründə də ordunun içərisindəki kadr məsələlərində maxinasiyaları olub. Doğrudur, Səfər Əbiyev bunun əl-ayağını yığmışdı, intəhası, 1993-cü ilin Kəlbəcər hadisələrində, eləcə də torpaqlarımızın müdafiəsi zamanı və sonrakı proseslərdə bunun adı hallanır”.

“Orduda olan adamlar bilir ki, Nəcməddin Sadıkov ordu quruculuğuna mane olan biri kimi bir çox hərbi cinayətlərin başında durub. Ümidvaram ki, o, Azərbaycanın ədalət məhkəməsində cavab verəcək. Necə ki bu gün Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan və digərləri məhkəmə qarşısında durursa, Nəcmnəddin Sadıkov da tezliklə onlarla birlikdə hakim qarşısında duracaq. O da bir gün bütün etdikləri əməllərinə görə cavab verəcək”, – fikirlərini yekunlaşdırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki