Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft106.40 $▲1.04%
  • WTI neft98.41 $▲1.37%
  • Avropa qazı (TTF)96.84 €▲3.63%
  • Təbii qaz (ABŞ)2.899 $▲0.52%
  • Qızıl3 914 $▼0.47%
  • Gümüş48.98 $▼1.25%
  • Pambıq77.22 ¢▼0.43%
  • Buğda606.50 ¢▲0.21%
  • Bitcoin76 946 $▲0.35%
  • Ethereum2 261 $▲0.53%
  • S&P 5007 541▼0.52%
18°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
İdman

"Neftçi"dən şəhidə qarşı hörmətsizlik - FOTO

image-img_4485
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İyunun sonlarında “Neftçi”də rəsmi olaraq yenilənmə baş verdi.

Klubun Müşahidə Şurası təsdiqləndi. Quruma sədr Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçildi. İcraçı direktor olaraq isə Cenk Sümer fəaliyyətə başladı.

Bu təyinatlardan sonra flaqmanda işlərin qaydasına düşəcəyinə inanırdıq. Roman Qriqorçukun komandaya baş məşqçi olaraq gətirilməsi ümidləri artırmışdı. Lakin həm nəticələr, həm də idarəçilik hazırda qənaətbəxş deyil. Yeni rəhbərlik qeyri-adi qərarlarla diqqət çəkir. Məsələn, “Neftçi”nin bəzi əməkdaşları, işçiləri ilə heç bir səbəb göstərilmədən yollar ayrılıb. Əslində yeni rəhbərliyin gəlişindən sonra bu, gözlənilən idi. Lakin klub rəhbərliyinin ölkə üçün canından keçən şəhidin qardaşını və qazini işdən çıxaracağını çoxu gözləmirdi.

Redaksiyamıza Bakı təmsilçisi ilə bağlı 2 şikayət daxil olub. Quliyev Vüqar və Quliyev Rasim “Neftçi”nin mühafizə xidmətinin əməkdaşlarıdır. Onlar işdən kənarlaşdırılıblar.

Vüqar şəhid Asim Quliyevin qardaşıdır. Şikayətçi Offsideplus.az-a açıqlamasında bunları söylədi:

“Neftçi” rəhbərliyi məni heç bir səbəb göstərmədən işdən uzaqlaşdırdı. Bu məqam mənə o qədər də təsir etmədi. Vətən müharibəsi zamanı şəhid olan qardaşım Asim Quliyevin büstü klubun AFFA-nın yanındakı bazadan götürülüb. Yerinə isə stullar qoyulub. Bu hadisə 1 il öncə baş verib. Mən soruşanda demişdilər ki, büst yeni bazaya aparılacaq. Orada girişə qoyulacaq. Yeni bazanın açılışı oldu, amma büst qoyulmadı. Avqustun 1-i isə mənə işdən uzaqlaşdırıldığımı söylədilər. Mən də bildirdim ki, şəhid ailəsinin üzvüyəm. Qanunvericilikdə belə şey yoxdur. Onlar da bildirdilər ki, indiki vəziyyət belədir. Evin tək oğluyam. Atam rəhmətə gedib. Ailədə məndən başqa işləyən kimsə yoxdur. Himayəmdə oğlum var. Ailəmə necə baxacam bilmirəm”.

Quliyev Rasim də Vətən müharibəsinin iştirakçısıdır. Hətta veterandır. O da “Neftçi”də mühafizə xidmətində çalışsa da, işdən uzaqlaşdırılıb:

“2022-ci ildən “Neftçi”də çalışıram. Ayın 1-dən mənə dedilər ki, işdən azadsan. Mən Vətən müharibəsinin iştirakçısıyam. İşimi normal görmüşəm. Hansısa səhvim yoxdur. Bizə qarşı belə davranmaları təsir edir. Ən azından bizi işdə saxlaya bilərdilər”.

image-img_4487 image-img_4488

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=145083