“Neftçi”nin yeni yarımmüdafiəçisi paraqvaylıdır  

image-kmiyyhjpeg-1750962116backend

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis artıq “Neftçi” ailəsinin üzvüdür.

25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb.

Bunadək yalnız vətənində çıxış etmiş Ortisin məxsus olduğu klub “Sportivo Ameliano”dur. O, bu ilin əvvəllərindən meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki