Nərminin qatili saxlanıldı? – AÇIQLAMA

Nərminin qatili saxlanıldı? – AÇIQLAMAbackend

Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxs saxlanılıb.

Busaat.az-ın məlumatına görə, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaq nəticəsində cinayəti törədən şəxs müəyyən edilib.

Dondar Quşçu kəndində azyaşlı qızın qonşuluqda yaşayan 36 yaşlı İlkin adlı şəxs tərəfindən öldürülməsi bildirilir.

Həmin şəxs Nərmingilin evlərindən 600-700 metr aralıda yaşayır və ailəni yaxından tanıyır. Araşdırma zamanı o da məlum olub ki, mərhum azyaşlı bir neçə gün qaranlıq zirzəmidə saxlanılıb.

Məlumata görə, həmin şəxs noyabrın 21-də itkin düşmüş və dekabrın 6-da axşam saatlarında Nərminin yanmış meyitini görən ilk şəxsdir.

İlkin adlı həmin şəxs psixi çatıçmazlığı olan biri kimi xərakterizə olunur. Sakit təbiətli və özünə qapanmış şəxs olan İlkin ata-anası ilə yaşayır və hadisədə əsas şahid və şübhəli kimi saxlanılıb./Publika/

***

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qatilinin qohumu 36 yaşlı İlkin olması və saxlanılması barədə yayılan məlumatlar doğru deyil.

Mərhumun dayısı yayılan məlumatları təkzib edib. Nərmin Quliyevanın əmisi Lətif Quliyev-də Axar.az-a açıqlamasında bildirib ki, nə qohumlarından, nə də digər şəxslərdən heç kim saxlanılmayıb.

Nərminin anasının bibisi oğlu İlkin bunları deyib: “Nərminin İlkin adlı yeganə qohumu mənəm və 40 yaşım var. Nərmin mənim dayımın nəvəsidir. Mən də ailəli şəxsəm. Həbs edilməyim barədə yayılan məlumatlar əsassızdır”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Teleqraf.com-a açıqlamasında Nərmin Quliyevanın qatilinin saxlanılması haqda yayılan məlumatların doğru olmadığını deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki