Bakıda keçirilmiş şahmat üzrə Dünya Kubokunda dördüncü yeri tutan Nicat Abasov Rumıniyada təşkil olunacaq Avropa çempionatında iştirak edəcək yeniyetmələrlə görüşüb.
Azərbaycan Şahmat Federasiyasından Busaat.az-a verilən məlumata görə, təcrübəsini yeniyetmələrlə bölüşən beynəlxalq qrossmeyster mötəbər yarışlara hazırlıq prosesindən danışıb.
Şahmatçıların suallarına cavab verən Nicat Abasov onlara qitə çempionatında uğurlar arzu edib.