Nizami rayonunda təmir: bəzi avtobus marşrutları dəyişdirilir

image-6830a84c2b29d6830a84c2b29e17480192766830a84c2b29b6830a84c2b29cbackend

24 may saat 08:00-dan 27 may saat 22:00-dək paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində (Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissəsində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Busaat.az APA.az-a istinadən xəbər verir ki, məhdudiyyət səbəbindən:

– 30 nömrəli müntəzəm marşrut Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti (“Xalqlar dostluğu” metrostansiyası) və Babək prospekti;
– 32 nömrəli müntəzəm marşrut Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti və Dakar dairəsi ilə hərəkət edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki