Norveç qazı Baltik Borusu ilə axmağa başladı

image-regnum_picture_14743748821907815_normal-1651061882backend

Norveç təbii qazını Danimarka üzərindən Polşaya nəql edəcək Baltik Borusu (Baltic Pipe) təbii qaz kəməri fəaliyyətə başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Danimarkanın enerji operatoru Energinet verib.

Məlumata görə, qaz axınının başlanması prosesi “mürəkkəb” olaraq təsvir edilib. Qeyd edək ki, Norveçdən Polşaya ildə 10 milyard kubmetr təbii qaz daşıyacaq boru kəmərinin açılışı sentyabrın 27-də baş tutub.

Təbii qaz axınının oktyabrın 1-dən başlayacağı açıqlansa da, “Enerjinet” tərəfindən həmin qərar 3 dəfə gecikdirilib.

Bu gündən etibarən Norveç qazı Baltik Borusu boru kəməri ilə axmağa başlayıb və birbaşa Polşa təbii qaz sisteminə qoşulur.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90