Növbəti mərhələdə Ermənistanda Türkiyə-İran müharibəsi mümkündür – Erməni ekspert

image-iran-caucasusbackend

“Ermənistanda KTMT təlimlərinin keçirilməsindən imtina Ermənistan hakimiyyətini Türkiyəyə tabe etmək məntiqinə və türk dünyasının məntiqinə uyğundur ki, bu da onlara dəhliz verilməsinə razılıq və sair kimi neqativ sonluqlarla nəticələnə bilər”.

Busaat.az NEWS.am-a istinadən xəbər verir ki, bunu politoloq Stepan Danilyan bildirib.

O, Ermənistan hakimiyyətinin gələcəkdə türk və ya Azərbaycan dilini ikinci və ya birinci rəsmi dil kimi tanıya biləcəyini də istisna etməyib.

Onun qiymətləndirməsinə görə, Rusiyanın 2020-ci ildə müttəfiq kimi Ermənistanın məğlubiyyətini izləməsi Rusiyanın zəifləməsi ilə bağlıdır və hazırda Moskva bölgə siyasətində Türkiyə ilə birlikdə çıxış edir.

“Növbəti mərhələdə biz Türkiyə-İran qarşıdurmasını görəcəyik. Hətta ola bilsin ki, bu qarşıdurma Ermənistan ərazisində reallaşsın. Bəs indiki Ermənistan hakimiyyəti hansı siyasət yürütməlidir? Qarşılaşmalı və ya müttəfiqlər əldə etməlidir, ya da təslim olmalıdırlar. Türkiyəyə təslim olub Türkiyənin təyin etdiyi proqrama qoşulurlar, bu da Qərbin proqramıdır. Bu proqram Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqdan ibarətdir və biz bunun qarşısını almalıyıq. Bu proqram həm də İrana qarşı yönəlib. İlham Əliyev Ermənistanı “heç kimə” ümid etməməyə çağırıb, çünki guya bütün məsələləri o həll edir. Əliyev Rusiya və İrana eyham vurub. Ona görə də Bakı tələsir və təkcə Qarabağ problemini deyil, Ermənistanla da problemlərini həll etməyə çalışır. Çünki tezliklə sülhməramlıların bölgədə qalma müddətinin uzadılması məsələsi aktuallaşacaq” – deyə, politoloq qeyd edib.

“İranın təlimləri olmasaydı, Türkiyə və Azərbaycan artıq Sünikdə olardılar. Tehran olmasaydı, Sünik məsələsi çoxdan həll olunmuşdu. Dəhliz İranı təhdid edir” – deyə, erməni ekspert əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki