Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.09 $▼2.29%
  • WTI neft86.14 $▼2.49%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.121 $▼1.17%
  • Qızıl3 859 $▼0.29%
  • Gümüş47.03 $▼0.61%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda600.25 ¢▲2.30%
  • Bitcoin64 803 $▼0.78%
  • Ethereum1 816 $▼1.00%
  • S&P 5007 443▼1.56%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Dünya

Növbəti Ukrayna-Rusiya görüşü bu ölkədə baş tutacaq - "5 saatlıq müzakirədən sonra razılaşdıq..."

image-1646076453_1645995858_1645388380_77aad669-a714-34a7-ab02-329f217dd841_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna ilə Rusiya arasındakı danışıqların başa çatan birinci mərhələsində növbəti görüşün keçirilməsinə dair tərəflər arasında razılıq əldə olunub. 

Busaat.az Demokrat.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib. Onun sözlərinə görə, tərəflər “müəyyən irəliləyiş əlamətləri olduğu başlıca mövzular təyin ediblər”. Danışıq iştirakçılarının nəticələri müzakirə etmək üçün öz paytaxtlarına qayıtdığı qeyd olunub.

Danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin üzvü Vladimir Medinski TASS-a bildirib ki, razılaşmaya əsasən növbəti görüş yaxın günlərdə Polşa – Belarus sərhədində keçiriləcək.

“Ukrayna tərəfilə 5 saatadək davam edən danışıqlar indicə başa çatdı. Bu müddət ərzində gündəliyin bütün maddələrinə toxunduq, ümumi mövqe əldə etməyin mümkün göründüyü bəzi nöqtələri müəyyənləşdirdik. Ən başlıcası da danışıqlar prosesini davam etdirmək üçün razılığa gəldik” – deyə rusiyalı diplomat qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=72561