Televiziyada yayımlanan ictimai-sosial verilişlərdən birinin canlı efirində gərgin dolu anlar yaşanıb.
Busaat.az özügedən verilişdə qonaq olan müğənni Nura Suri aparıcı Ulvira Qarayevaya əsəbiləşdiyi üçün studiyanı tərk edib.
Nuranı bu addımı atmağa vadar edən səbəb isə dəvət olunan qonaqlara danışmağa macal verməməsi olub:
“Bilsəydim ki, burada 8 nəfər adam olacaq və ağız deyəni qulaq eşitməyəcək, heç kim öz fikrini deməyəcək, eyni hamının bildiyi mövzu ətrafında söhbət olacaq, bu verilişə gəlməzdim. İmkan vermirsiniz ki, insanlar danışsın!”
Müğənninin bu sözlərindən sonra isə aparıcı Ulvira Qarayeva “İmkan verə bilərik ki, mahnı oxuyasan” ifadəsini dilə gətirib. Nura isə – “Yox, oxumaq istəmirəm. Getmək istəyirəm. Mən özümü doğrudan da narahat hiss edirəm. Danışdığımız söhbətin heç bir mənası yoxdur”, – cavabını verib.
Bundan sonra isə Nura ayağa qalxaraq yaxasında olan mikrofonu çıxarıb və efiri tərk edib.
Verilişin canlı efirində yayımlanan həmin anları sizə təqdim edirik: