Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.83 $▲4.97%
  • WTI neft88.49 $▲3.78%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.340 $▲2.20%
  • Qızıl3 916 $▼1.62%
  • Gümüş50.22 $▼2.35%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda590.75 ¢▼1.79%
  • Bitcoin68 572 $▼3.92%
  • Ethereum1 924 $▼4.62%
  • S&P 5007 592▼0.33%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Mədəniyyət

“O gözəl günləri xatırladıq, Mehribanla çox duyğulandıq” - Prezident

image-p13
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Bizim aramızda yaş fərqi böyük olsa da, bu, heç vaxt hiss olunmurdu. Çünki biz uzun illər dostluq əlaqələri saxlayırdıq və son görüşümü də Mehribanla Moskvada Müslümün və Tamaranın evində xüsusilə xatırlayıram”.

Busaat.az  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dənizkənarı Milli Parkda dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılış mərasimində bəstəkarla son görüşündən danışarkən deyib.

“Artıq Müslümün səhhəti o qədər də yaxşı deyildi, problemlər var idi, ancaq buna baxmayaraq, bizi çox səmimiyyətlə qarşıladı və biz bir neçə saat onların evində olarkən çox səmimi söhbətlər etdik, keçmişi xatırladıq, atamı, rəhmətlik anamı xatırladıq, o gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq. Bildiyiniz kimi, son illər Müslümün ayaqlarında müəyyən problemlər var idi. Ancaq o qədər səmimi atmosfer var idi ki, hətta sonra bəlli oldu, uzun illər evdən çıxmayan Müslüm bayıra çıxdı, bizi yola saldı. Ağlımıza gəlməzdi ki, bu, bizim son görüşümüz idi”, – deyə dövlət başçısı xatirələrini bölüşüb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=83854