Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light122.00 $▲0.00%
  • Brent neft111.65 $▼1.70%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 009 $▼0.51%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin81 380 $▲0.10%
  • Ethereum2 401 $▲0.64%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686

“O, həbs ediləndə hamımız pərişan olduq, qurban demişdim, şükür Allaha qəbul olundu...”

image-1614689511_babek-1594721381
Əməkdar artist Babək Nifətliyev bu gün Şəmkir rayonunda erməni girovluğundan xilas edilən Dilqəm Əsgərovun evində qonaq olub.
Xanəndə açıqlamasında bu gün həm Dilqəm Əsgərovun erməni girovluğundan,  həm də doğulduğu Kəlbəcər rayonunun işğaldan azad edilməsinə görə sevindiyini bildirib:
“Dilqəm əmini mən neçə illərdir ki, tanıyıram. Biz Kəlbəcərin işğal günündə tədbirdə tanış olmuşduq. Daha sonra ona məhəbbətim artdı. Amma elə oldu ki, o, ermənilərə girov düşdü və biz hamımız pərişan olduq. Ona qurban demişdim və Allaha şükür ki, qurbanımız qəbul olundu. Bu gün Şəmkirə gəlib qurbanımızı kəsdik, Dilqəm əmiylə söhbət etdik. Dostum Cabbar Həsənov da qurban demişdi və onu da kəsdik. Dilqəm əminin səhhəti yaxşıdı, girovluqdan azad olunduğuna görə cənab prezidentə təşəkkürünü bildirdi. Ordumuza da çox sağ ol dedi. Həm biz, həm də Kəlbəcər qayıtdı dedi. Söhbətimiz zamanı Dilqəm əmi siz jurnalistlərə də təşəkkür etdi ki, bu illər ərzində sizlər onu işıqlandırmısınız. Haqqında olan məlumatları xalqa çatdırmısınız”.moderator
Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul