O tarixi çıxış 30 illik problemin həlli üçün düşünülmüş strategiyanın tezisləri idi

image-nesimibackend

Prezident İlham Əliyevin 10.03.2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışından 4 il ötür. Bu 4 ildə cərəyan edən hadisələr bir daha sübut etdi ki, uzaqgörənliklə həyata keçirilən, vaxtında və düzgün qəbul edilən qərar köklü dəyişikliklərin əsasıdır. Bu mənada ölkə bacısının çıxışında toxunduğu bütün məqamlar əslində 30 illik problemin həlli üçün düşünülmüş strategiyanın tezisləri adlandırılmalıdır.
Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək olduğunu qeyd edən cənab Prezident qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirmək və sağlam siyasi münasibətlərin bərqərar olunmasına xidmət edən sistemli islahatların həyata keçirilməsini vacib şərt adlandırdı.

Ölkəmizin başçısı yeni formalaşmış Milli Məclisin Azərbaycanda növbəti illər üçün həm cəmiyyət, həm də parlament daxilində yeni ünsiyyət, yeni dialoq platforması formalaşmasını ifadə etməsinin vacibliyini vurğulayaraq qeyd etdi ki, çoxpartiyalı parlamentin ilk iclasında yeni rəhbərliyin, eləcə də, komitə rəhbərliyinin seçimində bu amil özünü ifadə etməlidir. Bu fakt siyasi plüralizmin təzahürü olmaqla yanaşı, siyasi dialoq sisteminin yeni mərhələdə formalaşmasının göstəricisidir. Cənab Prezident çıxışında cəmiyyətə səslənərək bundan sonra da siyasi dialoqun daha geniş vüsət alması üçün tərəflərin açıq dialoqa hazır olmasının işarəsini verdi və bildirdi ki, artıq bunun üçün münbit şərait yaradılıb.

“Prezident İlham Əliyev yeni seçilmiş deputatlara seçildikləri dairələrdə fəal olmaları, seçicilərlə daim təmasda olmaları barədə tövsiyələr verəərək bu barədə fikrini belə vurğulamışdı: “Siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız… mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalısınız”.

Dövlət başçısı beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına, beynəlxalq təmsilçilik məsələlərinə diqqətin zəruriliyini vurğulayaraq qeyd etmişdir: “O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Demokratiyadan dərs vermək istəyənlər özləri cinayətlər törədirlər. Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər.” Bu fikir bu gün də aktualdır və cənab Prezidentin öncədən verdiyi proqnoz özünü doğruldur. Yenə də ikili standartlar, yenə də islamofobiya qərbin əsas strategiyası olaraq qalmaqdadır.”

“Cənab Prezident İlham Əliyev tarixi çıxışında Azərbaycan cəmiyyətinin indiyə qədər keçdiyi yola qiymət verdi və gələcək strategiya ilə bağlı tövsiyələrini irəli sürdü. O dövr üçün ağrılı problem olaraq qalan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi addımlar atıldığını qeyd edən ölkə başçısı bu məsələdə parlamentin dəstəyinin daha təsirli olmasını qeyd edərək deputatların beynəlxalq təşkilatlarda haqq işimizi daha fəal şəkildə təbliğ etməsinin vacibliyini vurğuladı.

Həmin çıxışdan cəm 8 ay sonra baş verən hadisələr göstərdi ki, düzgün siyasət, ağıllı strategiya, milli birlik Zəfərin rəhni olmuşdur. Müzəffər Ali baş Komandan İlham Əliyev cəmiyyəti bu prosesə hazırlamaqla Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya sübut etmiş oldu.”

Eltun Süleymanov,
Nəsimi RİH-nin yanında
İctimai Şuranın sədr müavini

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90