Oğlunun dəfninə gedə bilməyən Canəli Əkbərov fəryad etdi: “Bundan sonra…”

Oğlunun dəfninə gedə bilməyən Canəli Əkbərov fəryad etdi: “Bundan sonra…”backend

“Oğlumun dəfninə gedə bilmədim, çox ağırdır mənə”.

Busaat.az xəbər verir ki, bunu Yenicag.az-a açıqlama verən xalq artisti Canəli Əkbərov oğlunun ağır itkisindən danışarkən deyib.

Xanəndə xəstə olduğu üçün dəfn mərasiminə qatılmayıb:

“Ailəmin hamısı getdi, xəstə olduğum üçün mən gedə bilmədim. Heç bilmirəm oğlumdan sonra necə yaşayacam. Ata üçün bundan böyük dərd yoxdur”.

Xalq artisti oğlunun xəstəlik nəticəsində dünyasını dəyişdiyini bildirib.

Mərhum Lənkəran rayonunun Tükəvilə kəndində dəfn olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90