Vətəndaşa məxsus bank kartından 3770 manatın oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Busaat.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Vüqar Nəsibov və oğlu, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş Sirac Nəsibov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.