Dünən saat 14 radələrində Qaradağ rayonu ərazisində baş vermiş ağır qəzanın görüntüləri yayılıb.
Busaat.az xəbər verir ki, “Meyvəli” bazarının yaxınlığından keçən yolda “Ford Transit” markalı avtomobillə toqquşan “Lada Priora”nın sürücüsü, 1970-ci il təvəllüdlü Bədəl Bədəlovun avtomobilinin arxa şüşəsindən çıxaraq yola düşməsi məlum olub.
Belə ki, zərbənin gücündən Bədəl Bədəlov avtomobilin arxa şüşəsinə tərəf hərəkət edib və şüşəyə çırpılaraq yolun asfalt hissəsinə düşüb. Nəticədə sürücü hadisə yerində ölüb.
Hadisə şahidləri qəzanın ağırlığını sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsi ilə əlaqələndiriblər. İlkin məlumata görə, məhz bu səbəbdən hadisə ölümlə nəticələnib.