Dünyanın 106 ölkəsində koronavirusun “Omicron” ştamı qeydə alınıb.
Busaat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik hesabatında bildirilib.
ÜST “Omicron”la bağlı riskin yüksək olduğu qənaətinə gəlib və səhiyyə sistemlərinin çökməsi riski barədə xəbərdarlıq edib.