Operativ nəqliyyat vasitələrinin siyahısı genişlənib.
Busaat.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında qəbul edilən “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini yapıb.
Layihəyə əsasən, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri də operativ nəqliyyat vasitələri hesab ediləcək.
Layihə III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.