Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft94.49 $▼0.82%
  • WTI neft87.79 $▼0.62%
  • Avropa qazı (TTF)86.69 €▼4.69%
  • Təbii qaz (ABŞ)3.182 $▲0.76%
  • Qızıl3 871 $▲0.02%
  • Gümüş47.21 $▼0.24%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda590.25 ¢▲0.60%
  • Bitcoin64 376 $▼1.44%
  • Ethereum1 806 $▼1.57%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Hərbi

Orduda komanda-qərargah təlimləri keçirilib - Fotolar

image-mn
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun hərbi hissələrində komanda-qərargah təlimləri keçirilib.

Müdafiə Nazirliyindən (MN) Busaat.az-a verilən məlumata görə, təlimlərdə tapşırıqların icrası ilə bağlı fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, bölmələrin qarşılıqlı fəaliyyəti və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanılıb.

Həmçinin qəbul edilmiş qərarlara dair tapşırıqlar kompüter üzərində icra edilərək qiymətləndirilib, komandirlər tərəfindən qərarların məruzələri dinlənilib.

Komanda-qərargah təlimlərinin keçirilməsində əsas diqqət bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətinin və çevik qərar qəbuletmə bacarıqlarının artırılmasına, eləcə də qərargahların fəaliyyətinin və bölmələr arasında qarşılıqlı əlaqənin daha da təkmilləşdirilməsinə yönəldilib.

Təlimlərdə qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109063