Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.00 $▼0.28%
  • WTI neft87.84 $▼0.57%
  • Avropa qazı (TTF)86.34 €▼5.07%
  • Təbii qaz (ABŞ)3.152 $▼0.19%
  • Qızıl3 875 $▲0.11%
  • Gümüş47.58 $▲0.55%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda589.25 ¢▲0.43%
  • Bitcoin63 932 $▼2.12%
  • Ethereum1 792 $▼2.33%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Sağlamlıq

Orqan transplantasiyasının illik limiti açıqlandı - RƏSMİ

image-1700647595_48jpg-1682411218
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İcbari tibbi sığortanın Xidmətlər Zərfi bu ilin avqust ayında yenilənib. Tibbi xidmət sayı 3315-ə çatdırılıb.

Busaat.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

O bildirib ki, sayı artırılan tibbi xidmətlər ixtisaslaşdırılmış ambulator, laboratoriya, invaziv radioloji və stasionar tibbi xidmətlərdir:

“Yeni xidmətlər sırasına vətər, əzələ köçürülməsi, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub.

2023-cü ilin avqust ayından bəri icbari tibb sığorta çərçivəsində icra edilmiş orqan transplantasiyası əməliyyatlarının sayı böyrək transplantasiyası, qaraciyər transplantasiyası, sümük iliyi üzrə müvafiq olaraq 21, 15 və 1 olub”.

Vurğulanıb ki, ki, qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib:

“Bu transplantasiya əməliyyatları zamanı dərman təchizatı Xidmətlər Zərfi ilə təminata alınıb. Transplantasiya üçün bir canlı donorun əməliyyata hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=128630