Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk – İlham Əliyev

image-b24d2e29-af17-352c-8afd-ced81e5d412f_850jpg-1747818475-1backend

Azərbaycan Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verir.

Busaat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı deyib:

“Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir”, – deyə dövlət başçısı əlavə edib.

Prezident qeyd edib ki, Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlıq güclənir.

Dövlət başçısı, həmçinin vurğulayıb: “Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki