Busaat.az “RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin əməliyyat qərargahı məlumat yayıb.
“Martın 23-ü saat 00: 01-dən etibarən bütün şəxslər (Özbəkistanı tərk edən digər ölkələrin vətəndaşları istisna olmaqla) üçün mövcud sərhəd-keçid məntəqələri bağlanır. Müvafiq addım ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə atılır”-deyə, məlumatda qeyd olunub.
Qeyd edək ki, hazırda Özbəkistanda 42 nəfər koronavirusa yoluxub.
Xatırladaq ki, Özbəkistan Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və Tacikistanla həmsərhəddir.
























