Özbəkistanın paytaxtı Daşkənddə şirkət anbarında partlayış baş verib. Nəticədə 1 nəfər ölüb, 163 nəfər yaralanıb.
Busaat.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Daşkəndin Sergeli rayonunda bir şirkətin anbarında naməlum səbəbdən partlayış olub.
Səhiyyə Nazirliyi qəza nəticəsində 1 nəfərin öldüyünü, 163 nəfərin yaralandığını açıqlayıb.
Açıqlamada yaralılardan 24-nün xəstəxanaya yerləşdirildiyi, digərlərinə isə hadisə yerində tibbi yardım göstərildiyi bildirilib.
Baş nazir Abdulla Aripov hadisə yerinə gedib.
Faktla bağlı araşdırmalar aparılır.
Açıqlamada qeyd olunub ki, prezident Şavkət Mirziyoyevin tapşırığına əsasən, partlayışda zərər çəkənlərə yardım məqsədilə baş nazirin müavini Açılbay Ramatovun sədrliyi ilə hökumət komissiyası yaradılıb.