Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 692 $▲0.91%
  • Ethereum1 808 $▲2.25%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rusiyanın baş naziri: "Xəyalpərəstlərin Moskva-Daşkənd münasibətlərinə mane olmaq cəhdləri uğursuz oldu"

image-mixail-misustin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Digər ölkələrin Moskva və Daşkənd arasında nifaq salmaq cəhdlərinə baxmayaraq, hər iki ölkə əməkdaşlığı inkişaf etdirir.

Busaat.az xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin bildirib.

“Biz birlikdə ticarət-iqtisadi əməkdaşlığı intensiv şəkildə inkişaf etdiririk. Pis niyyətlilərin birgə işimizdə nifaq salmaq cəhdlərinə baxmayaraq, aramızda mövcud olan bütün məsələləri səmərəli şəkildə həll edirik”, – Mişustin söyləyib.

O, Özbəkistanı “Mərkəzi Asiya regionunda aparıcı iqtisadi tərəfdaşlardan biri” adlandırıb. Bununla belə, Rusiyanın baş naziri əmindir ki, Rusiya və Özbəkistan iqtisadiyyatlarının potensialı daha yüksəkdir. Yeni sahələrdə əməkdaşlığın inkişafı üçün çoxlu imkanlar var.

“Münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çıxarmaq vacibdir”, – baş nazir vurğulayıb.

Onun sözlərinə görə, ümumi vəzifə bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması əsasında yaxın gələcəkdə ticari-iqtisadi əməkdaşlığı birgə daha yüksək səviyyəyə çatdırmaqdır.

“Mən tamamilə əminəm ki, biz bunu edə bilərik”, – rusiyalı diplomat  deyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=122179