Paşinyan: “Almaniya İrəvan və Bakı ilə bağlı tədbirləri dəstəkləyir”

image-170894369660408942265dc69500f979backend

Almaniya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirləri dəstəkləyir.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Bundestaqın Hüquq Məsələləri Komitəsinin sədri Elizabet Vinkelmeyer-Bekerin başçılıq etdiyi nümayəndə heyəti ilə danışıqlar zamanı deyib.

Tərəflər həmçinin Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının mülki missiyasının fəaliyyətini müzakirə edib və Ermənistan-Almaniya və Ermənistan-Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki