“Paşinyan bununla reytinq qazanmaq və…” – ŞƏRH

image-26432cae-c8cf-499e-95e5-4fccf786ca4e_16x9_1200x676backend

“Paşinyan düşmüş reyqtinqini yenidən bərpa etməyə və Qərbdən daha çox dəstək almağa çalışır”.

Bunu Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatın səbəbləri haqqıdna fikirlərini səsləndirən politoloq Vüqar Əhmədov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, rəsmi Bakı iki dəfə Qarabağ ermənilərinə görüş təklif edib:

image-vuqar-ehmedov-44444-2

“Birinci görüşdə Rusiya kontingenti də iştirak edib. Separatçılar prosesi uzatmağa çalışsalar da sona kimi gedə bilməyəcəklər. Çünki faktiki olaraq onlar Azərbaycanın xidmətlərindən imtina edirlər. Rusiya kontingenti isə ermənilərin iddia etdiyi kimi humanitar malların daşınması üçün onlardan vəsait tələb edir. Əgər bu iddia doğrudursa, nə separatçıların, nə də Ermənistanın davamlı şəkildə həmin məbləği ödəməyə imkanı olacaq”.

“Rus kontingenti vasitəsilə Azərbaycanla danışıqlar olmasını təklif etmələri ermənilərin artıq bu prosesdə konstruktiv addım atmalı, Azərbaycanla danışıqlara getməli olduğundan xəbər verir. Prosesi pozmaq istəyən Ermənistanın Qərbyönümlü hakimiyyəti isə hərbi təxribat törədərək bölgədə yenidən müharibə başlatmağa, mübarizəni yenidən hərbi müstəviyə keçirməyə çalışır. Bu həm də Paşinyanın düşmüş reyqtinqini yenidən bərpa etməyə və Qərbdən daha çox dəstək almağa hesablanıb. Planlanan təxribat üçün Avropa İttifaqının hərbiçiləri də Ermənistan sərhədinə yerləşib”, – politoloq qeyd edib.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki