Paşinyan Mişustinlə sülhməramlıları müzakirə etdi

image-pasinyanmisustbackend

Ermənistanın müvəqqəti Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan rusiyalı həmkarı Mixail Mişustinlə görüşdə Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətini müzakirə edib.

Busaat.az  xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat verib.

“Rusiyanın və Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağdakı müharibənin sona çatmasında oynadığı rolu xüsusilə qeyd etmək istəyirəm. Və vurğulamaq istəyirəm ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyətlərini effektiv qiymətləndirirəm, bu, artıq bizim üçün aydındır”,- deyə Paşinyan qeyd edib.

N. Paşinyan Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunun fəaliyyətinin davam etdiyini xatırladıb.

Eyni zamanda, o, Rusiyaya bu məsələni həll etmək üçün göstərilən səylərə görə təşəkkür edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90