“Paşinyanın müxalifət üzərində qələbəsi həm də Qərbin Rusiya üzərində qələbəsidir”

image-qerb-rusbackend

“Ermənistanda baş verən hadisələr Rusiya və Qərb arasında maraq toqquşmasıdır və düşünürəm ki, burada əsas hədəf Qərb Paşinyanın əliylə Rusiyanın mövqeyini Ermənistanda zəiflətməyə çalışır”.

Bunu Busaat.az-a açıqlamasında “Cənubi Qafqaz” Araşdırmalar Mərkəzinin sədri, politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Paşinyan da bu planın icraçısıdır və 2018-ci ildən etibarən bu istiqamətdə bir çox uğurlara imza atıb: “Artıq Ermənistan vətəndaşları Rusiyanı Ermənistan üçün əsas problem kimi görür və İkinci Qarabağ müharibəsindən sonra əldə edilən məğlubiyyətin fonunda Rusiyaya əvvəlki kimi etibar etmirlər. 10 noyabr Qarabağ razılaşması ilə Ermənistanın məğlubiyyəti təsdiqlənəndən sonra da açıq-aydın görünür ki, erməni cəmiyyəti Paşinyan hökumətinin məğlub olmasına baxmayaraq, yenə də onun yanındadır və Rusiyaya meyilli qüvvələrin hakimiyyətə gəlməsində maraqlı deyillər”.

“Təbii ki, bu proseslər də Rusiyanın geosiyasi maraqlarına zərbə vurur deyə, Rusiya erməni müxalifətini qabağa verərək siyasi etirazlarla Ermənistanda niyyətini həyata keçirməyə çalışır. Amma göründüyü kimi, bu, mümkün olmadı və müxalifət hətta “b planı”na keçid edərək, hərbi çevrilişə cəhd elədi. Belə ki, Paşinyan tərəfindən istefaya göndərilən Baş Qərargah rəisi Onik Qasparyanın əliylə Paşinyanın istefası tələb edildi, lakin Paşinyan manevr edərək, həm də Qərbin dəstəyini arxasına alaraq xalqı meydanlara çağırdı və demək olar ki, hərbi çevrilişin qarşısı alındı”-deyə, politoloq vurğulayıb.

image-memos

Əsədullzadə hesab edir ki, ABŞ Prezidenti Co Baydenin adminstrasiyası Cənubi Qafqaz strategiyasında Rusiyanın geosiyasi təsirlərini zəiflətməyə çalışır və bu prosesi Ermənistanda daha açıq şəkildə həyata keçirirlər: “Əgər, Qərb Paşinyana ciddi dəsətk verərək, hakimiyyətini qorumasına yardım etsə, təbii ki, bu proses regionda müəyyən dərəcədə Azərbaycanın da lehinə işləyəcək. Çünki Rusiya çalışır ki, Azərbaycanla Ermənistan arasında hər hansı bir sülh müqaviləsi bağlanamasın və erməni revanşistlərini hakimiyyətə gətirmək cəhdi ilə geosiyasi mövqeyini qoruyub saxlasın. Bunun fonunda da Azərbaycanla Ermənistan arasında düşmənçilik davam etsin. Buna baxmayaraq, Rusiyanın dəstəklədiyi qüvvələrin hakimiyyətə gəlməyəcəyini düşünür, Paşinyanın isə hakimiyyətdə qalacağı təqdirdə referenduma gedəcəyini və sülh idarəsini təmin edərək və Türkiyə və Azərbaycanla arasıda sərhədləri də açaraq sülh müqaviləsi bağlayacağını hesab edirəm”.

“Çünki bunun əksi olacağı təqdirdə, yəni, Rusiyanın Cənubi Qafqazda mövqeyini qoruması və keçmiş “Qarabağ klanı”nın hakimiyyət gətirməsi regionda yeni münaqişə ocaqlarının yaranmasına gətirib, çıxara bilər. Belə ki, İrəvan Qarabağ məsələsini problem olaraq gündəmə daşıyaraq Rusiyanın diqtəsi ilə sülh və təhlükəsizliyi təhdid edən açıqlamalar verə bilər. Amma Paşinyan hökuməti üçün Qarabağ prioritet deyil. Çünki Ermənistan vətəndaşları onsuz da məğlub durumdadır, həmçinin vəziyyətin daha da pisləşməməsi üçün proseslərdə Rusiyanın rolunu qəbul etmirlər və Qarabağ məsələsində demək olar ki, yorulublar. Ona görə də Nikol Paşinyana alternativ siyasi lider görmür və onun ətrafında sıx birləşərək müxalifət üzərinə qələbə qazanırlar. Paşinyan tərəfdarlarının müxalifət üzərində qazandığını qələbəni Qərbin Rusiya üzərində qələbəsi kimi dəyərləndirmək olar. Hesab edirəm ki, artıq Ermənistanda siyasi vəziyyət Nikol Paşinyanın nəzarətindədir və bu da Cənubi Qafqazda 10 noyabr və 11 yanvar razılaşmalarının icrasını təmin edə bilər. Yox, revanşistlər hakimiyyətə gəlsələr, razılaşmalarda əldə edilən öhdəliklər yerinə yetirilməyəcək”-deyə, analtik fikirini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90