Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft92.14 $▼6.30%
  • WTI neft86.20 $▼5.60%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.206 $▲6.05%
  • Qızıl4 149 $▲0.38%
  • Gümüş53.52 $▲0.75%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda587.50 ¢▼0.68%
  • Bitcoin75 149 $▲0.57%
  • Ethereum2 131 $▲0.29%
  • S&P 5007 550▲2.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Siyasət

"Paşinyanın planına görə, hər şeydə Rusiya günahkardır" - Minasyan

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Nikol Paşinyanın planına görə, hər şeydə Rusiya günahkardır”.

Busaat.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Paşinyan Moskva görüşündən 1 həftə əvvəl qələmə aldığı məqalədə, əslində, Ermənistanın strateji müttəfiqini ölkənin milli maraqlarına məhəl qoymamaqda günahlandırır: “Rusiyanın Qarabağla bağlı təkliflərinin ermənilər üçün vacib olan status məsələsini ehtiva etmədiyini iddia edir. Bütün bunların yalan olduğuna, bu cür böhtanın beynəlxalq münasibətlərdə ciddi şəkildə cəzalandırıldığına və yalanlarından bir daha təkcə ölkəmizin deyil, həyati maraqlarımızın da zərər görəcəyinə əhəmiyyət vermir. Danışıqların uğursuzluğunda günahkar olan Rusiya “feysbuk analitikləri” və Soros fəalları üçün çox əlverişli hədəfdir”.

Minasyan bildirib ki, rəsmi şəkildə təkzib olunan Nikolun yalanı bir daha Ermənistanın beynəlxalq imicinə zərbə vurub. O, qarşısına iki hədəf qoyur: əvvəlcə Rusiyanı əsas günahkar halına gətirərək “anti-Nikolizm”i rusofobiya ilə əvəz etməyə çalışır. İkincisi, ermənilər və Ermənistan üçün son fəlakəti ehtiva edən geosiyasi manevrlərə zəmin hazırlayır.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan sözügedən məqaləsində Rusiyanın 2015-ci ildə Qarabağla bağlı “5 + 2” düsturuna əsasən 7 bölgənin Azərbaycana qaytarılması, qaçqınların geri qayıtması və rus sülhməramlılarının yerləşdirilməsini nəzərdə tutan təkliflər paketinin olduğunu, burada Dağlıq Qarabağın statusuna dair maddənin yer almadığını yazmışdı.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=31387