
Peskov: “ABŞ Rusiya ilə əməkdaşlığın faydalarını anlamaz”
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığın faydalarını görməməyə bilməz.
Busaat.az xəbər verir ki, Rusiya liderinin mətbuat katibi ABŞ hökumətinin biznesin inkişafına diqqət yetirdiyini də qeyd edib.
“Əlbəttə ki, Tramp administrasiyası Rusiya ilə mümkün ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın faydalarını başa düşməyə bilməz”, – deyə Peskov jurnalistlərə bildirib.
O, Moskvanın bu cür əməkdaşlığa açıq qaldığını vurğulayıb.
Daha əvvəl Peskov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın bir-birinə isti hisslər bəslədiyini və bir-biri ilə tanış münasibətdə olduqlarını bildirib.
Yeganə























